1 Mart - Ümumdünya Mülki Müdafiə günü

  28 fevral 2025-ci il tarixində,  231 nömrəli tam orta məktəbdə 1 Mart–Ümumdünya Mülki Müdafiə günü ilə əlaqədar maarifləndirici  tədbir keçirildi. Tədbirin keçirilməsində məqsəd şagirdlərin mülki müdafiə və fövqəladə hallardan mühafizə sahəsində hazırlığının və maarifləndirilməsinin təmin edilməsi, fövqəladə hallardan qorunma və mülki müdafiənin təşkili məsələlərinə yönəldilməsi olub. Tədbirdə fövqəladə hadisələr zamanı davranış qaydaları, fövqəladə hallarda qorunma ilə bağlı mövcud imkanlar, ətraf mühit və təhlükəsizlik məsələləri ilə bağlı  maarifləndirici söhbətlər aparılmışdır. Şagirdlər təbii fəlakətlər zamanı (zəlzələ, yanğın və.s) zamanı ilk tibbi yardım necə etməli olduqlarını əyani şəkildə göstərmişlər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi