Xocalı soyqrımı - XX əsrin ən dəhşətli faciəsi

Xocalı soyqırımı – bu amansız və qəddar soyqırımı aktı insanlıq tarixinin ən qorxulu kütləvi terror aktlarından biri kimi tarixə yazıldı. Mənfur düşmən insanlığa sığmayan vəhşiliyi həyata keçirdi. 63 azyaşlı uşağ, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərdən birini itirdi. Bu gün amansızlığına, qəddarlığına görə bəşər tarixinə qanlı iz salmış, təkcə yönəlmiş Xocalı qətliamından 33 il ötür. 231 nömrəli məktəbdə faciə qurbanlarının xatirəsinə həsr olunmuş silsilə anım tədbirləri keçirildi. Məqsəd şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, tarixi hadisələrə rəy vermək bacarığının formalaşdırılmasıdır.
Xocalı faciəsinin 33 - cü ildönümü ilə əlaqədar olaraq "Qarabağ müharibəsinin ən qəddar səhifəsi" adlı sinif saatları təşkil edildi.
"Xocalının naləsi" adlı rəsm sərgisi təşkil edildi, divar qəzetləri hazırlandı.
Şagirdlərlə "XX əsrin faciəsi" adlı söhbət keçirildi.
"Xocalını unutmayaq" adlı inşa müsabiqəsi keçirildi.
"Unudulmayan tarix" adlı tədbir təşkil edildi.