Ana dili aylığına həsr edilmiş açıq dərslər

Ana dili hər bir xalqın varlığını təsdiq edən başlıca amildir. Hər bir xalqın öz Ana dili onun milli sərvəti, varlığının təsdiqi, həmçinin milli kimliyidir. Millətin dili, əlifbası onun millət olaraq formalaşmasında vacib şərtlərdən biri kimi qəbul edilir. Xalqın keçdiyi tarixi yol, onun mədəni səviyyəsi, birinci növbədə onun Ana dilində öz əksini tapır. Ana dili aylığına həsr edilmiş silsilə tədbirlər, açıq dərslər davam edir. 13.02.2025-ci il tarixində fənn müəllimi İlhamə Ağayevanın 5ci sinif şagirdlərinə keçdiyi "Elvida, bilmirəm !"mövzusunda nümunəvi dersi oldu. Dərs yeni təlim metodlarına əsaslanaraq qruplarla iş üzrə aparıldı. Şagirdlərin fəallığı, müəllim-şagird münasibətlərində demokratiklik, şagirdlərin dərsi mənimsəməsi, fəal dərsin mərhələlərinin gözlənilməsi dərsdə müşahidə olundu.
20/02/2025-ci il tarixdə Azərbaycan dili və ədəbiyyat müəllimi Vəsxanım Əmirbəyovanın VII sinifdə ədəbiyyat fənnindən Ənvər Məmmədxanlının “Qızıl qönçələr”hekayəsinin təhlilinə həsr olunmuş nümunəvi dərsi keçirildi.Dərsin məqsədi alt standartlara uyğun aparıldı.Dərsin əvvəlində müəllim şagirdləri fəaliyyətə stimullaşdıraraq,onlarla səmimi ünsiyyətə,işgüzar fəaliyyətə cəlb edən əhvali-ruhiyyə yaratdı.Dərsin sonunda məktəbin direktoru Lamiyə İlhdmsoy,təlim-tərbiyə işləri üzrə direktor müavini Elza Cəfərova,himanitar fənlər üzrə metodbirləşmə sədri İlhamə Ağayeva çıxış edərək,öz rəy və təkliflərini bildirdilər