İmtahan həyəcanı və onun aradan qaldırılması

   Məktəbin fəaliyyət planına uyğun olaraq IX-XI sinif şagirdləri ilə "İmtahan həyəcanı və onun aradan qaldırılması " mövzusunda məktəbin psixoloqu tərəfindən psixomaarifləndirici söhbət aparıldı. Məktəbin psixoloqu Kübra Nağıyeva tərəfindən XI sinif şagirdlərinin iştirakı ilə “ İmtahan Həyəcanının Dərəcəsi” adlı sorğu keçirilib. Sorğunun keçirilməsində əsas məqsəd şagirdlərdə imtahan qabağı hazırlıqla bağlı narahatlılıq hissinin aşkara çıxarılmağı, bədən reaksiyaları (gərginlik, yuxusuzluq, iştahasızlıq və s.kimi fiziki narahatlılıqlar) , zehni reaksiyalar ( imtahana hazırlaşarkən ətrafımızda baş verənlərdən hədsiz təsirlənmək və əksinə hazırlıqlı olmaq) ümumi imtahan həyəcanını dəyərləndirməkdən ibarət olub. 
   Psixoloq şagirdlərə sorğu vərəqlərini paylayıb, öncədən onları təlimatlandırıb. Şagirdlər sorğunu  işlədikdən sonra cavablar əsasında fikir mübadiləsi aparılıb. Sonda şagirdlərə gələcək imtahanlarında uğurlar arzu edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi