"Günəşimdir mənim dilim" adlı şeir müsabiqəsi

Azərbaycanda 2019-cu il "Nəsimi İli", 2021-ci il "Nizami İli" elan ediləndə ədəbiyyat tariximiz yüksek seviyyədə qiymətləndirildi. Bu iki il həm ədəbiyyatımıza, həm də ümumilikdə cəmiyyətə böyük ədəbi xidmət göstərmiş oldu. Azərbaycan xalqı iki dahinin fikir dünyasına qərq oldu və iki ilə Şərq tarixini süzgəcdən keçirmiş oldu. Bu təkanlar klassik şeirin təhsil ocaqlarının tədris proqramında özünə daimi yer edəcəyini göstərdi. Bir şagirdin şəxsiyyət kimi yetişməyində, dünyanı dərkində, mənəvi inkişafında sözün, ədəbiyyatın rolu danılmazdır. 17.02.2025-ci il tarixində isə Ana dili aylığı çərçivəsində "Günəşimdir mənim dilim" adlı şeir müsabiqəsi keçirildi. Müsabiqədə bədii qiraəti ilə seçilən şagirdlər Ana dilimiz, Vətən, Ana, Sevgi haqqında şeirlər ifa etdilər. Sonda münsiflər heyəti şagirdlərin çıxışını qiymətləndirərək I, II, III yerlərin qalibini müəyyənləşdirdilər.