Pirallahı rayon məktəbliləri arasında voleybol yarışı keçirilib

 Şagirdlərin idmanda rolu onların fiziki, əqli və sosial inkişafına təsir edən vacib bir amildir. Şagirdlər idmanla məşğul olaraq sağlam həyat tərzi formalaşdırır, dözümlülük və çeviklik qazanırlar, komanda idman növlərində iştirak edərək birgə işləməyi, həmrəylik və qarşılıqlı hörmət kimi dəyərləri mənimsəyirlər, kapitan və ya təşkilatçı kimi çıxış edərək məsuliyyət hisslərini artırırlar. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ,Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Pirallahı rayon ümümumtəhsil məktəbləri arasında keçirilən voleybol yarışında məktəbimizin oğlanlardan ibarət komandası 1-ci yerə layiq görülüb. Məktəbin direktoru Lamiyə İlhamsoy şagirdləri və fiziki tərbiyə müəllimi Cəfər İmanovu səmimi qəlbdən təbrik edib, onlara gələcək yarışlarda daha böyük nailiyyətlər arzuladı.Sonda müəllim və şagirdlər Təşəkkürnamələr təqdim edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi