Kitab bağışlanma günü

2012-ci ildən etibarən hər il dünya əhalisi fevralın 14-nü “Beynəlxalq Kitab Bağışlama Günü “ kimi qeyd edir.
Bu gün uşaqlara kitab bağışlayan və onlarda kitaba məhəbbət yaradan bütün insanları birləşdirir. Məktəbin kitabxana müdiri Mirzəhra Bayramovanın təşkilatçılığı ilə məktəbin kitabxanasında “Beynəlxalq Kitab Bağışlama Günü “ münasibəti ilə dəyirmi masa təşkil olundu.Məktəbin direktoru Lamiyə İlhamsoy başda olmaqla, 6 -cı sinif şagirdləri məktəbin kitabxanasına kitab hədiyyə etdilər. Kitab hədiyyə edən hər bir şagird kitab haqqında ətraflı məlumatlarla çıxış etdi.
Afərin, əziz kitabsevərlər!