Məktəbin fəal həmkar üzvləri

Ümummilli lider Heydər Əliyev demişdir "Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir." Bu gün gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Pirallahı Rayon Komitəsi tərəfindən " Gənc nəslin təlim-tərbiyəsində və məktəbin ictimai həyatında göstərdiyi səmərəli fəaliyyətə görə" məktəbin həmkar üzvləri - Kübra Nağıyeva, Mirzəhra Bayramova, Günay İsmayılova, Günel Cəbrayılova və Nəzrin Əmirova 2 Fevral - Gənclər günü münasibəti ilə təltif edildilər.