"Biz sizdən öyrəndik qəhrəmanlığı" adlı təqdimat

  Xalqımızın igid oğulları, mərd qızları heç vaxt vətənimizi darda qoymayıblar. Onlar yadelli düşmənə qarşı son damla qanlarına qədər vuruşub, doğma diyarımızın istiqlalı, ölkəmizin müstəqilliyi və azadlığı yolunda şəhidlik zirvəsinə ucalıblar.
Xalqımız da haqlı olaraq daima onlarla öyünür, əbədi olaraq qəlblərində yaşadırlar. Vətənimizin mənafeyini hər şeydən üstün tutan müdafiəçilərimizin keçdiyi döyüş yolu hamımız üçün örnəkdir. Bu gün məktəbimizdə ana dili aylığı çərçivəsində keçirilən növbəti tədbirlərdən biri də "Biz sizdən öyrəndik qəhrəmanlığı" adlı vətənpərvərlik ruhunda təşkil olunmuş dərslər oldu. VI-VII sinif şagirdlər hər biri ayrı-ayrılıqda hazırlamış olduqları təqdimatlarını dil ədəbiyyat müəllimlərinə təqdim etdilər. VI sinif şagirdləri "Biz sizdən öyrəndik qəhrəmanlığı" mövzusunda hazırladıqları təqdimatları təqdirəlayiq bir hal kimi qarşılandı.Şagirdlər "44 günlük müharibə"də canlarını vətən uğruna fəda etmiş bütün şəhidlərimizin  adlarını əlifba sırası ilə qürurla sadalayıblar. 

VII sinif şagirdləri isə Ana dili aylığı çərçivəsində maraqlı ideya həyata keçirdilər. Belə ki, hər bir şagird öz adına uyğun şəhidin həyatı, döyüş yolu haqqında təqdimatlar etmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi