Valideynlərlə əlaqələrin qurulması və möhkəmləndiriləsi

Təhsil müəssisəsinin ailə ilə işinin səmərəli nəticə verməsi, onun pedaqoji mədəniyyətinin səviyyəsinin yüksəldilməsi və uşaqların tərbiyəsində vəhdət yaradılması üçün bu işin məqsədyönlü, sistemli şəkildə aparılması, qarşılıqlı münasibətlərin düzgün qurulması zəruridir. Məktəbin fəaliyyət planına əsasən valideynlərlə əlaqəli keçirilən tərbiyəvi işləri təhlil etmək, tərbiyə işlərinin keyfiyyətinin yüksəldilməsi ilə bağlı bu istiqamətdə həyata keçirilən tədbirlərin səmərəsinin artırılması məqsədi ilə valideynlərlə müntəzəm olaraq görüşlər keçirilir.