Ana dili aylığına həsr edilmiş silsilə tədbirlər

Mütaliə vərdişləri insanın kitab oxumağı gündəlik həyatının bir hissəsinə çevirməsi üçün inkişaf etdirdiyi davamlı və məqsədyönlü alışqanlıqlardır. Yaxşı mütaliə vərdişləri insanın oxu sürətini, anlama qabiliyyətini və kitabdan aldığı zövqü artırır. Kitab oxumaq həm intellektual, həm də emosional inkişaf üçün çox faydalıdır.Kitab oxumaq müxtəlif mövzularda bilik əldə etməyin ən yaxşı yollarından biridir. Bədii əsərlər oxuyarkən təsvir edilən dünyaları beyninizdə canlandırmaq yaradıcılıq qabiliyyətini gücləndirir. Daha çox kitab oxumaq söz bazasını genişləndirir, dil anlayışı və ifadə qabiliyyətini yaxşılaşdırır. Kitab oxumaq həm zəkanı, həm də ruhu qidalandırır. Hər bir oxunan kitab dünyaya yeni bir pəncərə açır! Məktəbin fəaliyyət planına əsasən Ana dili aylığına həsr edilmiş silsilə tədbirlər davam edir. Bu məqsədlə məktəbin kitabxanaçısı Mirzəhra Bayramova və ibtidai sinif müəllimi Vüsalə Bayramova 2 A sinif şagirdləri ilə "Uçan xalça”" nağılını müzakirə etdilər keçmişin xəyallarını bu günlə əlagələndirdilər,uçan xalçanı təyyarəyə , sehirli güzgünü isə televizora bənzətdilər.
Məktəbin dil-ədəbiyyat müəllimləri Vəsxanım Əmirbəyova və İlhamə Ağayevanın təşəbbüsü ilə ana dili aylığı çərçivəsində "Ana dili hər bir xalqın milli kimliyidir" mövzusunda 5-8 ci sinif şagirdləri arasında inşa yazı müsabiqəsi keçirildi. Müsabiqədə çıxış edən şagirdlər yazdıqları inşalar haqqında təqdimatlarını etdilər.