"Narkomaniya və Kiber Təhlükəsizlik" başlığı altında tədbir keçirildi

Pirallahı Rayon Polis İdarəsi ilə 231 nömrəli tam orta məktəb birgə 10 fevral 2025-cü il tarixdə “Narkomaniya və kiber təhlükəsizlik” başlığı altında tədbir keçirib. Tədbirdə məktəbin direktoru Lamiyə İlhamsoy, Pirallahı Rayon Polis İdarəsinin rəis müavini polis polkovniki Elman Kazımov , PRPİ-nin narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili polis baş leytenantı Şövqi Məhərrəmli, PRPİ-nin Kiber cinayətkarlıqla mübarizə bölməsinin əməliyyat müvəkkili polis baş leytenantı Amil Manaflı, PRPİ - nin Yetkinlik yaşına çatmayanların işi üzrə inspektor polis leytenantı Nurlan Hüseynov iştirak etmişdir. Tədbirdə çıxış edən qonaqlar müasir dövrümüzdə cəmiyyəti düşündürən və narahat edən ən ürək ağrıdan problemlərdən biri də bəşəriyyətin ciddi bəlasına çevrilən narkomaniyadır. Narkomaniya ilə mübarizə uzun müddətli, çoxşaxəli, külli miqdarda pul vəsaiti tələb edən bir prosesdir. Bu problemin ictimai təhlükəli olması isə ondan ibarətdir ki, bu cinayət həmişə gizli şəraitdə baş verir, nəzarətdən kənarda qalır və günü-gündən artır. Narkomaniyanın Azərbaycanda qarşısının alınması üçün ilk növbədə vacib olan tədbirlərdən biri, ölkədə qeyri-qanuni yolla dövriyyədə olan narkotiklərə nəzarət və narkomanların təqribi də olsa qeydiyyata alınmasıdır. Son zamanlar Respublikamızda narkomaniyaya qarşı mübarizədə hüquq mühafizə orqanları ilə yanaşı, digər təşkilatlar da bir sıra işlər görür. Təşkilatlar insanlar arasında maarifləndirmə işləri vasitəsilə onları narkotik vasitələrdən uzaq olmağa çağırırlar. Bu gün məqsədimiz Narkomaniya ilə mübarizədir. Daha sonra "Kiber təhlükəsi" haqqında şagirdlərə, valideynlərə və müəllimlərə geniş məlumat verildi. Sonda mövzular ətrafında şagirdləri maraqlandıran suallar cavablandırıldı.