Ana dili aylığına start verildi

Dil keçmiş nəsillərin düşüncəsinə biçilmiş libasdır. Dil nə qədər böyük meydan aça bilsə, fikir də özünü o qədər azad hiss edər. Heydər Əliyev deyirdi:"Hər bir xalq öz dili ilə yaranır. Xalqın dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur ".
Məktəbin illik fəaliyyət planına uyğun olaraq şagirlərin müxtəlif fənlər üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılması, əməkdaşlıq bacarıqlarının formalaşdırılması məqsədilə Ana dili aylığı çərçivəsində məktəbin parlament üzvlərinin təşəbbüsü ilə "Ana dilim, doğma dilim" adlı sərgi keçirildi. Məktəbin direktoru Lamiyə İlhamsoy sərgidə iştirak etdi, şagirdlərin əl işləri ilə yaxından tanış oldu və şagirdlərə doğma dilimizin zənginliyi haqqında məlumat verdi. Həmçinin Ana dili aylığı çərçivəsində keçiriləcək digər tədbirlərdə də şagirdlərin fəallığının davamını dilədi.