Nümunəvi şagirdlərin fərqləndirilməsi

   Şagird davranış qaydaları Elm və Təhsil Nazirliyi tərəfindən hazırlanıb. Hazırda 300-dən çox məktəbdə şagird davranış qaydaları tətbiq olunur.  Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Ümumtəhsil müəssisələrində şagird davranış qaydaları”nın tətbiqi ilə bağlı məktəbdə silsilə tədbirlər keçirilir. Şagird davranış qaydalarının davamiyyət və punktuallıq, geyim və xarici görünüş, təhlükəsizlik, öyrənmə prosesində davranış və qarşılıqlı münasibətlərin tənzimlənməsi, ümumi təhsil müəssisəsinin əmlakı və şəxsi əşyalara qayğı, etik davranış meyarlarını nəzərə alaraq məktəbdə Nizam İntizam Şurası yaradıldı,  I yarımildə II - XI sinif şagirdləri arasında nizam-intizam qayda və prosedurlarına riayət edən "Nümunəvi şagird"lər seçildi. 06.01.2025-ci il tarixində məktəbin akt zalında "Nümunəvi şagird" logo və yaşıl kartla təltif olundular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi