Kitabxanada əlfəcinin hazırlanması
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/173866597367a1eff50f9022.45628969.jpg)
Əlfəcin kitabxanada vacib rol oynayır, çünki o, oxucuların kitablarla daha rahat ünsiyyətdə olmasına və mütaliə vərdişlərini daha səmərəli qurmasına kömək edir. Əlfəcin kitabda oxunan səhifəni yadda saxlamağa kömək edir, beləliklə, oxucu hər dəfə səhifələri axtarmaq məcburiyyətində qalmır.Kitabın künclərini qatlamaq vərdişinin qarşısını alır və kitabların daha uzunömürlü olmasına kömək edir.
Kitabxanadakı kitablar çoxlu şagird tərəfindən istifadə edilir. Əlfəcinlər oxucuların səhifələri qatlamasının və ya qeydlər aparmasının qarşısını alaraq kitabların yaxşı vəziyyətdə qalmasını təmin edir.Əlfəcinin hazırlanması ilə bağlı 8-ci sinif şagirdləri ilə məşğələ təşkil edildi və şagirdlərin yaradıcı potensialı inkişaf etdirildi.Ümumiyyətlə, əlfəcinlər kitabxana mədəniyyətinin bir parçasıdır və mütaliə prosesini həm rahat, həm də sistemli edir.