Pedaqoji şuranın növbəti iclası keçirildi

  Fəaliyyət Planına uyğun olaraq 31.01.25 tarixində məktəbdə Pedaqoji Şuranın 2024-2025-ci tədris ilinin 1-ci yarımilinin yekunlarına dair növbəti iclası keçirildi. Məktəbin direktoru Lamiyə İlhamsoy iclası açıq elan etdikdən sonra gündəlikdə duran məsələlərlə kollektivi tanış etdi. 1-ci yarımilin nəticələri, BSQ-lərin hesabatı, I - IV siniflərdə mövcud tələblərə uyğun qaydada oxu, yazı və riyazi bacarıqlarının öyrənilməsi,buraxılış siniflərdə riyaziyyat, azərbaycan dili, ingilis dili fənnləri üzrə monitorinqlərin keçirilməsi, IX - XI siniflərin buraxılış imtahanlarına hazırlanması, dəqiq və təbiət fənnləri aylığının və mütaliə aylıqlarının müzakirəsi, xarici dillər aylığının, tarix və coğrafiya aylığının keçirilməsinin müzakirəsi, şagird davranış qaydaları,bullinqlə mübarizə, inklyuziv təhsilin tətbiqinə , rəqəmsal bacarıqlar və steamin yekun hesabatı hazırlandı. Sonra məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Elza Cəfərova,psixoloq Kübra Nağıyeva,kitabxanaçı Mirzəhra Bayramova,UBTR Günel Cəbrayılovanın,sinif rəhbərlərinin ve fənn müəllimlərinin  hesabatları dinlənildi.Qarşıda duran məsələlər ,şagirdlərin appilyasiya imtahanına müraciətləri müzakirə olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi