Milli Azərbaycan Tarixi Muzeyinə ekskursiya
Milli Azərbaycan Tarixi Muzeyi Azərbaycan tarixinin bütün dövrlərinə aid maddi və mənəvi mədəniyyət abidələrinin toplanılması, öyrənilməsi, nümayişi və təbliği ilə məşğul olan elmi tədqiqat və mədəni-maarif müəssisəsidir. Milli Azərbaycan Tarixi Muzeyinin yerləşdiyi bina məşhur sahibkar, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin evi olub. 2007-ci ildə Hacı Zeynalabdin Tağıyevin xatirəsini əbədiləşdirmək məqsədilə onun yaşayış mülkündə yerləşən Milli Azərbaycan Tarixi Muzeyində 9 otaqdan ibarət H.Z.Tağıyevin xatirə muzeyi yaradıldı. Məktəbin VII - XI sinif şagirdlərindən ibarət Parlament üzvləri qış tətili günlərinin asudə keçirilməsi məqsədi ilə 30.01.2025- ci il tarixində Milli Azərbaycan Tarixi Muzeyinə ekskursiya təşkil etdilər.Ekskursiyada şagirdlər Azərbaycanın tarixi haqqında , məşhur milyonçu H.Z.Tağıyev haqqında geniş məlumat əldə etdilər.