Coğrafiya fənn aylığına həsr edilmiş bilik yarışı keçirildi
Bilik yarışı və rəqabət şagirdlərin motivasiyasını yüksəldir, onların daha çox səy göstərməsinə səbəb olur. Tez-tez yarışlarda iştirak edən şagirdlərə diqqət yetirdikdə onların oxumağa daha həvəsli olduqlarını görə bilərik. Digər tərəfdən bu şagirdlərin beynini daha aktiv saxlayır və onlar yeni bilikləri asan mənimsəyirlər. Məktəbin fəaliyyət planına əsasən coğrafiya müəllimi Nəzrin Əmirova tərəfindən "Ölkəmizi tanıyaq" adlı bilik yarışı keçirildi və bununla da coğrafiya aylığına yekun vuruldu. Yarış məktəbin 6 - 11 sinif şagirdləri arasında keçirildi. Məqsəd şagirdlərin coğrafi biliklərini inkişaf etdirmək , ölkəmizin keçmişindən bu günə coğrafiyası- ərazisi, çayları, qoruqları, meşələri,bitki örtüyü haqqında və s. şagirdlərin biliklərini inkişaf etdirməkdir. Yarışın sonunda 7-ci sinif şagirdləri qalib oldular ,kubok və medallar ilə təltif olundular