"Reproduktiv sağlamlıq" ilə bağlı məşğələlər keçirildi
Reproduktiv sağlamlıq həyatın bütün mərhələlərində insanın fiziki, psixoloji, sosial rifahının məcmusudur.
Məktəbin psixoloqu Kübra Nağıyeva VIII və IX sinif şagirdləri ilə reproduktiv məşğələlər keçirdi.
VIII sinif ilə zərərli vərdişlər - "Tütün və tütün məmulatlarından istifadə" mövzusunda məşğələ keçirildi. Məşğələ boyunca "beyin həmləsi", "diskussiya" və "qruplarla iş" iş üsullarından istifadə olundu. Şagirdlər zərərli vərdişləri şərh etdilər və ziyanını izah etdilər.
IX sinif ilə "Reproduktiv Sağlamlıq nədir" mövzusunda məşğələ keçirildi. İlk öncə şagirdlərə reproduktiv sağlamlıq mövzusu şərh olundu. Şagirdlərin reproduktiv sağlamlıqlarını qorumaq üçün əməl etməli olduqları qaydalar müzakirə olundu və məşğələnin sonunda şagirdlərə cavablandırmaq üçün anonim sorğu vərəqləri paylanıldı.