20 Yanvar faciəsinə həsr edilmiş "Şəhidlər ölməzlər, ölməzi ağlamazlar" ədəbi-bədii tədbir keçirildi

   20 Yanvar tarixi,  Azərbaycan xalqının silinməz yaddaşına çevrilmiş qanlı və şanlı bir hadisədir.  20 Yanvar faciəsinin otuz beşinci ildönümü ərəfəsində 231 nömrəli məktəb də bu tarixi dərin hüznlə andı. Anım tədbiri məktəbin direktoru Lamiyə İlhamsoy,  PRİH ictimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdiri Arzu Abdullayev, Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayonu üzrə rəhbəri Təranə İsmayılova , müəllim və şagird kollektivi “Şəhidlər ölməzlər, ölməzi ağlamazlar" ” adlı tədbiri izlədilər. Müstəqilliyə gedən yolda böyük bir çıraq olan yanvar şəhidləri bu tədbirdə yad olundu. Tədbirin açıq elan edilməsi üçün söz məktəbin direktoru Lamiyə İlhamsoya verildi. O da öz növbəsində Azərbaycan xalqının tarixinə qanlı hərflərlə yazılmış bu tarixin acı həqiqətlərindən bəhs edərək şagirdləri məlumatlandırdı.35-ci ildönümünü qeyd etdiyimiz Yanvar hadisələrindən müasir Azərbaycanın hər bir yeniyetmə və gəncinin xəbərdar olduğunu bildirdi. Onlar o qanlı gecənin şəhidlərinin bu günki müstəqilliyin əsas carçıları olduğunu bilir və öz növbələrində 20 Yanvar həqiqətləri haqqında hər kəsi məlumatlandırmağı özlərinə vəzifə bildiklərini söylədi.

Sonra 20 Yanvar faciəsi ilə bağlı şagirdlərin və məktəbin "Parlament üzvləri"nin iştirakı ilə ədəbi-bədii kompozisiya təqdim olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi