Məktəbdə 2024-2025-cü tədris ilinini I yarimili üzrə böyük summativ qiymətləndirmələr keçirilir
Məktəbdə I yarımil üzrə böyük summativ qiymətləndirmələrin keçirilməsinə başlanılıb. Məktəb rəhbərinin əmri ilə Elm və Təhsil Nazirliyinin təlimatına əsasən böyük summativ qiymətləndirmələrin tərtibatı və keçirilməsi üzrə komissiya yaradılmışdır. Həmçinin təlimatda qeyd edildiyi kimi qiymətindən razı qalmayan şagirdlər üçün apellyasiya komissiyası yaradılıb. İşçi qrupuna məktəb müəllimləri və məktəbin tədris yardımçı heyyəti cəlb edilib. Böyük summativ qiymətləndirmə sualları I yarımildə tədris olunmuş proqrama uyğun olaraq tərtib edilib. İmtahan məktəb rəhbərliyinin ciddi nəzarəti ilə tam obyektiv keçirilib.