20 Yanvar faciəsinə həsr olunmuş silsilə tədbirlər davam edir

 Qanlı Yanvar hadisələrindən 35 il keçir.1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri,eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub, milli müstəqillik , azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib. Doğma yurdunun, xalqının azadlığını,şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin müdhiş gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.

Məktəbdə 20 Yanvar faciəsinə həsr olunmuş silsilə tədbirlər davam edir. Bu məqsədlə "Yanvar həqiqətləri" mövzusunda sinif saatları təşkil edildi, divar qəzetləri və stend hazırlandı. Bu cür tədbirlər şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği məqsədi ilə keçirilir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi