Məişət tullantılarından əl işləri

  Məişət tullantılarının idarə olunması sisteminin təkmilləşdirilməsi məqsədilə son dövrlərdə ölkəmizdə həyata keçirilən  bu kimi tədbirlər ümumilikdə idarə olunma sisteminin beynəlxalq tələblərə uyğun inkişafının təməlini qoymuşdur və hazırda da bu istiqamətdə davamlı olaraq ümumtəhsil müəssisələrində tədbirlər həyata keçirilir. Bu məqsədlə məktəbimizin 2a  sinif şagirdləri sinif rəhbəri Vüsalə Bayramovanın təşkilatçılığı ilə texnologiya dərsində məişət tullantılarından ibarət əl işləri hazırladılar. Daha çox plastik tullantılardan istifadə olunmuşdu.Şagirdlər müxtəlif məişət tullantılarından bəzək əşyaları, güldanlar və s. hazırlamışdılar. Məqsəd məktəblilərin daha məsuliyyətli olmağı, təbiəti qorumağı və ekoloji cəhətdən sağlam mühit üçün çalışmağı öyrətməkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi