20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masanın keçirilməsi

 Kitabxana müdiri Mirzəhra Bayramova və UBTR Günel Cəbrayılovanın təşəbbüsü ilə məktəbin kitabxanasında 11-ci sinif şagirdləri ilə 20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə əlaqədar “dəyirmi masa” təşkil edildi. Tədbirdə vətən yolunda canlarından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Keçirilən “dəyirmi masa”da şagirdlər xalqın milli azadlığı, müstəqilliyi uğrunda Azərbaycanın tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 Yanvar hadisələri barədə geniş məlumat veriblər. Tədbirdə Ulu öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə şəhidlərin xatirəsinin uca tutulmasından və şəhid ailələrinə göstərilən xüsusi diqqətdən bəhs olunub. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi