20 Yanvar faciəsinə həsr olunmuş silsilə tədbirlərə start verildi
20 Yanvar faciəsindən 35 il ötür. Tariximizdə həm faciə, həm də azadlıq yolunda atılmış ilk addım kimi bilinən 20 Yanvar hadisələri hər il olduğu kimi məktəblərdə silsilə tedbirlərlə anılır. Bu gün məktəbin V, IX siniflərində Azərbaycan dili,ədəbiyyat müəllimi İlhamə Ağayeva tərəfindən "20 Yanvar faciəsi" adlı esse, insa yazı işlərinin müsabiqəsinə start verdi. VIII sinfin Azərbaycan dili ,ədəbiyyat müəllimi Vəsxanım Əmirbəyova isə Azərbaycan dili dərsində 20 Yanvar faciəsinə həsr olunmuş “Tariximizin şanlı səhifəsi”adlı dərs keçirdi. Dərs 3 mərhələdən ibarət idi:1-ci mərhələ-20 Yanvara həsr olunmuş inşalar, 2- ci mərhələ 20 Yanvara həsr olunmuş şeirlər, 3- cü mərhələ 20 Yanvara hərs olunmuş şifahi təqdimat. Dərsin sonunda fənn müəllimi “Kimlərə şəhid deyilir?”adlı diskussiya təşkil etdi