"Zəfər yolu" müsabiqəsi
8 Noyabr Azərbaycanın tarixinə silinməz izlərlə yazılmış, tarixi ədalətin bərpa edildiyi “Zəfər Günü”dür.
Dəmir Yumruq əməliyyatı ilə başlayan və 44 gün boyunca davam edən II Qarabağ savaşı nəticəsində işğal altında olan torpaqlarımız düşmən tapdağından azad edildi. Müzəffər Ali Baş Komandanımızın göstərişi ilə qəhrəman əsgərlərimizin, şəhidlərimizin sözlə ifadə edilə bilməyən şücaəti sayəsində bir vaxtlar arzu və diləklərdə, sağlıqlarda söylənilən “Qarabağ” yaramız sağaldı. 13.01.2025 tarixində "ZƏFƏR YOLU" müsabiqəsi təşkil edilmişdir. Müsabiqə məktəbin tarix müəllimi Günay İsmayılovanın təşəbbüsü ilə 8 və 9- cu sinif şagirdlərinin iştirakı ilə həyata keçirilmişdir.