Şagird Parlamentinin iclası
10 yanvar tarixində şagird özünü idarəetmə orqanının komissiya üzvlərinin iştirakı ilə yanvar ayında görülən işlər və qarşıda duran məsələlər barədə iclas keçirildi. İclasda UBTR Günel Cəbrayılova, parlament üzvləri iştirak etdi. İclası giriş sözü ilə açan Günel Cəbrayılova məktəbin Tədbirlər Planına uyğun olaraq keçirilən tədbirlərin qısa xülasəsini təqdim etdi.
Görüş zamanı iştirakçılar gündəlikdə duran məsələlərlə tanış oldular. Şagird parlamentinin təhsil üzrə daimi komissiyanın sədri XI sinif şagirdi Ayşən Əsgərova və parlamentin digər üzvləri “Şagird parlament" hesabatını dinlədilər. Şagirdlərin maraq və narahatlığına səbəb olan məsələlər, eləcə də problemlər, onların həlli yolları məktəb rəhbərliyi qarşısında qaldırılmaqla həll edilir. Komissiya üzvləri çıxışlarında şagird davamiyyəti, məktəbli formaları, dərsə gecikmə halları, divar qəzetlərinin növbəti buraxılışının çıxarılması məsələlərinə aydınlıq gətirdilər. Sonra parlamentin üzvləri qarşıda qoyulan məsələləri müzakirə etdilər.