Birinci sinifdə inkluziv təhsil
Məktəb direktoru Lamiyə İlhamsoy və TTİÜDM Elza Cəfərova birinci sinfin dərs dinləməsində iştirak etmişdir. İnklüziv təhsilin keyfiyyətinin yüksəldilməsi və prosesin monitorinqi bu baxımından çox vacibdir. Məqsəd təhsilə cəlb olunmuş şagirdin inkişaf səviyyəsini, təlim nailiyyətlərini və cəmiyyətə uyğunlaşma prosesini qiymətləndirməkdir. Bu tip dinləmələr müəllimlərin iş keyfiyyətini artırmaq, inklüziv təhsil proqramının tətbiqi zamanı rast gəlinən çətinlikləri müəyyənləşdirmək və onların aradan qaldırılması üçün tövsiyələr vermək üçün də önəmlidir. Bununla yanaşı, şagirdin sosiallaşma səviyyəsi, həmyaşıdları ilə ünsiyyəti və inklüziv mühitdə uğurla inkişaf etməsi də bu prosesdə nəzərdən keçirilir.