Şagirdlərin Yeni il gəzintisi
Yeni ilin qeyd olunması ilə bağlı olaraq, şagirdlərin istirahət günlərində asudə vaxtlarının səmərəli təşkil edilməsi məqsədi ilə, ibtidai sinif müəllimləri şagirdləri nağıllar əsasında qurulmuş musiqili və bol əyləncəli teatr tamaşasına apardılar. Nağıllar vasitəsilə uşaqlar fantaziyanı gerçəyə çevirərək təxəyyülünü inkişaf etdirir, nağıllarda olan müsbət xarakterli obrazlara rəğbət bəsləyərək onları özünə nümunə seçir. Uşaqların asudə vaxtının səmərəli təşkil olunmasında musiqinin də özünəməxsus rolu vardır. Belə ki, musiqi insanda mənfi enerjinin azalmasına, müsbət enerjinin isə artmasına səbəb olur.