İnzibati heyətin aylıq hesabat iclası keçirildi
29 dekabr 2024-cü il tarixinin son iş günündə məktəbin fəaliyyət planına əsasən direktor Lamiyə Quliyeva tərəfindən inzibati heyətin aylıq hesabatı dinlənildi. İclasda məktəbin TTİÜDM Elza Cəfərova, UTBR Günel Cəbrayılova, psixoloq Kübra Nağıyeva, Kitabxana müdiri Mirzəhra Bayramova, Təsərrüfat müdiri Afayər Rzayeva və logoped Nərmin Ənsari iştirak edirdi. İclas zamanı 2024-2025-cü tədris ilinin dekabr ayı üzrə gördükləri işlərinin hesabatı təqdim olundu rastlaşdıqları çətinliklər, çatışmazlıqlar qeyd olundu, bu istiqamətdə tövsiyələr verildi, təkliflər irəli sürüldü.Qarşıda duran məsələlər müzakirə olundu.