"Bullinqlə mübarizə" qaydalarının tədbiqi
"Ümumtəhsil məktəblərində bullinqlə mübarizə qaydalarının tətbiqi" ilə əlaqədar olaraq, məktəbin psixoloqu Nağıyeva Kübra və UBTR Günel Cəbrayılova tərəfindən, məktəbin V, VIII və IX sinif şagirdləri ilə "Illinois Bullinq şkalası" adlı 20 sualdan ibarət sorğu keçirildi. Sorğunun keçirilməsində məqsəd bullinq edən və bullinqə məruz qalan şagirdləri
araşdırıb üzə çıxartmaq idi. Daha sonra şagirdlər ilə mövzu ilə əlaqədar olaraq diskussiya təşkil edildi.
Məktəbin V - IX sinif şagirdləri isə, "Stop Bulling" başlığı altında divar qəzetləri hazırlayaraq nümayiş etdirdilər.