"Yol nişanlarını tanıyaq" mövzusunda maarifləndirici dərs

   Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində məktəblilər yol hərəkəti qaydaları ilə bağlı maarifləndirilir.

“Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair Dövlət Proqramı”nın icrasından irəli gələn məsələlərlə bağlı təhsil müəssisələrində məktəblilər arasında yol hərəkəti qaydalarını təbliğ etmək və öyrətmək, onları yol qəzalarından qorumaq məqsədilə “Yol hərəkətinin təhlükəsizliyi”, “Yol hərəkəti qaydalarına riayət edək”, “Diqqət uşaqlar!” mövzularında maarifləndirici tədbirlər təşkil edilir. Eləcə də təhsil müəssisələrində yol nişanlarına aid fotostendlər hazırlanır, məktəblilər arasında rəsm müsabiqələri keçirilir.

  Məktəblərdə maarifləndirici tədbirlərin keçirilməsində məqsəd şagirdlərin təhlükəsizliyinin, yol hərəkəti ilə bağlı onların həyat və sağlamlıqlarının qorunmasını təmin etməkdən ibarətdir.

Aygün Məmmədova dərs dediyi III sinif şagirdlərinə yol hərəkəti qaydaları haqqında ətraflı məlumatlar verdi və yolda daha diqqətli olmalarını tövsiyə etdi. Hər bir vətəndaşın özünü və yaxınlarını yollarda yarana bilən təhlükələrdən qoruya bilməsi üçün yol təhlükəsizliyi qaydalarına riayət olunmasını və yol nişanlarını bilmə vacibliyi şagirdlərin diqqətinə çatdırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi