Texnologiya dərsində "Xalqımızın süfrə mədəniyyəti"

   Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə texnologiya müəllimi Şövkət Hilalbəyevanın təşəbbüsü ilə "Xalqımızın Süfrə Mədəniyyəti" adlı dərinləşdirilmiş məşğələ təşkil olundu. Bu tədbirdə xalqımıza məxsus süfrə adətləri, milli yeməklərimiz və şirniyyatlarımız haqqında ətraflı məlumat verildi.

Eyni zamanda, xalqımızın qədim və gözəl adətlərindən biri olan süfrə hazırlamaq və qonaq qarşılamaq mədəniyyəti əyani şəkildə nümayiş etdirildi. Tədbir həm maarifləndirici, həm də praktiki xarakter daşıyaraq iştirakçıların böyük marağına səbəb oldu. Bu cür təşəbbüslər milli dəyərlərimizin təbliği və gələcək nəsillərə ötürülməsi baxımından çox əhəmiyyətlidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi