Dünya Azərbaycanlıların həmrəylik günü münasibəti ilə məktəbdaxili dama yarışı

     Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə əlaqədar olaraq məktəbdə mütəmadi olaraq silsilə tədbirlər , yarışlar keçirilir.  Növbəti mərhələ olaraq atılan addımlardan biri də məktəbdə keçirilən dama oyunu oldu. Dama, məntiqi düşünmə tələb edən maraqlı stolüstü oyunlardan biridir. Oyun adətən 64 xanadan ibarət dama taxtasında oynanılır və hər oyunçunun 12 daşı olur.

  Məktəbin TTİÜDM Elza Cəfərovanın təşəbbüsü ilə müəllimlər arasında təşkil olunan dama yarışı xüsusi  maraqla qarşılandı. Yarış zamanı müəllimlər həm analitik düşünmə bacarıqlarını inkişaf etdirdilər, həm də məntiqi qərarlar verməkdəki üstünlüklərini nümayiş etdirdilər.

Belə tədbirlər, həm müəllimlərin, həm də şagirdlərin həmrəylik ruhunu gücləndirmək və intelektual inkişafı dəstəkləmək məqsədi daşıyır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi