Məktəb ərazisində çöl tədqiqatının aparılması

   Şagirdlərin məktəb ərazisində zibil problemini araşdırmaq və aradan qaldırmaq məqsədi ilə apardıqları çöl tədqiqatı, ətraf mühitin qorunması və təmizliyinin əhəmiyyətini öyrətmək baxımından çox faydalıdır. Belə tədqiqatlar şagirdlərə məsuliyyət hissi aşılayır və ətrafdakı zibilin müxtəlif ekosistemlərə necə zərər verə biləcəyini anlamağa kömək edir. Məktəbin coğrafiya müəllimi Nəzrin Əmirova VI sinif şagirdləri ilə məktəb ərazisində çöl tədqiqatı apardılar.Şagirdlər tədqiqat zamanı məlumatları qeyd etmək üçün qələm, pozan, əlcəklər, zibil torbaları və s.alətlərdən istifadə etdilər. Tədqiqatın nəticələrinə əsasən, şagirdlər ərazidə zibilin yığılmasının qarşısını almaq üçün müxtəlif tədbirlər təklif etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi