Məişət zorakılığı ilə mübarizə yolları
Fəaliyyət planına əsasən mütamadi olaraq şagirdlərə «Məişət zorakılığı və onunla mübarizə yolları» haqqında məlumat verilir. “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanuna əsasən məişət zorakılığı yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşamaqlarından sui-istifadə etməklə, bu Qanunun şamil edildiyi şəxslərin birinin digərinə qəsdən fiziki və ya mənəvi zərər vurmasıdır. Məktəbin VI və VII sinif şagirdləri ilə məişət zorakılığı, onun formaları, qarşısının alınması yolları və zorakılıq halı ilə qarşılaşanda müraciət etməli orqanlar barədə məlumat verilib. VI sinif şagirdlərinə məişət zorakılığı ilə bağlı sorğu anketi paylanıldı.