Şagird davranış qaydalarında rəğbətləndirmə tədbirləri

Ümum təhsil müəssisələrində şagird davranış qaydaları şagirdlərin hüquq və vəzifələrini təmin etmək məqsədilə ümumi təhsil müəssisəsində nizam-intizamı tənzimləyən qayda və prosedurları müəyyən edir.  Yeniliklərə əsasən , şagirdlər şəxsi gigiyena qaydalarına riayət etməli, dərs zəngindən əvvəl üst geyimi (palto, papaq, kapüşonlu jaket və s.) çıxarmalı, ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarına aid qaydalara  əməl etməli (məktəbli forması, ayaqqabı və s.), geyim səliqəli və təmiz olmalı, uzunluğu çiyindən aşağı olan saçları səliqəli şəkildə arxadan toplamalı, fiziki tərbiyə dərsləri üçün məktəbin geyim qaydalarına riayət etməlidirlər. Təlimatda, həmçinin şagirdlərə qadağan olunan məsələlər də əksini tapıb. Qeyd edilib ki, şagirdlərə çox dar geyim, hündürdaban ayaqqabı, dizdən yuxarı olan ətək, zinət əşyası və bahalı saat kimi aksesuarlar, qeyri-adi saç düzümü və saç rəngi, uzun və rəngli dırnaqlar, saqqal qadağandır.
Bu məqsədlə məktəbin UBTR-i Günel Cəbrayılova şagirdlərlə mütamadi olaraq maarifləndirici tədbirlər keçirir. Siniflərdə "Sinif davranış jurnalı"  hazırlanmışdır. Əsas məqsəd şagird davranış qaydalarını yerinə yetirməklə  məktəbin  nümunəvi şagirdlərini müəyyən etməkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi