"Naxçıvan aylığı" layihəsi çərçivəsində keçirilən silsilə tədbirlər

     "Ümumi təhsil müəssisələrində Naxçıvan ayı" layihəsi çərçivəsində Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş sinif  təşkilat saatları keçirildi.  Məktəbin II və III  siniflərində , sinif rəhbərləri Vüsalə Bayramova və Aygün Məmmədova tərəfindən şagirdlərə Naxçıvanın tarixi ,mədəni irsi , təbiəti , iqtisadiyyatı və s. barədə ətraflı məlumatlar verildi. Məqsəd şagirdləri qədim türk diyarı olan Naxçıvan haqqında biliklərini artırmaq ,onlara  vətənpərvərlik hissini aşılamaq idi.

 V - VI sinif şagirdləri arasında  isə məktəbin azərbaycan dili və ədəbiyyat müəllimi İlhamə Ağayeva tərəfindən "Göz bəbəyim-Naxçıvan" mövzusunda inşa yazı müsabiqəsi təşkil edildi. Şagirdlər təqdim etdikləri inşalarında Naxçıvanın ərazisi ,xalqının qədim adət-ənənələri,musiqisi ,görkəmli xadimləri haqqında mövzulara geniş yer vermişdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi