Məktəbdə "Xarici dillər aylığı" stendi

       Xarici Dillər Aylığı – dillərin öyrənilməsini və mədəni müxtəlifliyi təşviq edən tədbirlər silsiləsidir. Tədbirlər dil biliklərinin artırılması, mədəniyyətlərin tanıdılması və beynəlxalq ünsiyyət bacarıqlarının inkişafını hədəfləyir.  Məktəbimizdə iki xarici dil – rus dili və ingilis dili tədris olunur. Bu dillər üzrə keçirilən dərslər şagirdlərin dil biliklərini artırmağa, qlobal dünyaya inteqrasiya etməyə və müxtəlif mədəniyyətləri daha yaxından tanımağa imkan yaradır. Məktəbin ingilis dili müəllimləri Afaq Nəbiyeva, Cəmilə Alişanlı və rus dili müəllimi Mirzəhra Bayramova  "Xarici dil aylığı" çərçivəsində  maraqlı və informativ bir stend hazırlamışlar. Stenddə ingilis dilinin önəmi, maraqlı faktlar, dil öyrənmə metodları və şagirdlərin hazırladığı yaradıcılıq işləri əks olunmuşdur. Bu stend şagirdlərə dil öyrənməyə əlavə motivasiya yaratmaqla yanaşı, onların mədəni məlumatlarını da genişləndirmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi