Sinif jurnallarının yoxlanılması
13 dekabr 2024-cü il tarixində məktəbin fəaliyyət planına uyğun olaraq 1-11 ci siniflərin sinif jurnallarının məktəb rəhbərliyi tərəfindən yoxlanılması həyata keçirildi. Sinif jurnalları tədrisin idarə olunmasında əsas sənədlərdən biridir. Sinif jurnalları dövlət sənədidir və onun yazılması müəllim və sinif rəhbəri üçün məcburidir. Sinif jurnalının iki növü: I-IV siniflər və V-XI siniflər üçün olmaqla müəyyən edilir. Məktəbin direktoru və onun təlim-tərbiyə işləri üzrə müavini sinif jurnallarının saxlanmasını təmin edir və onun üzərində müntəzəm nəzarəti həyata keçirir. Sinif jurnalları yoxlanarkən diqqet ediləcək əsas məqamlar :məzmunun tamlığı ,qiymətləndirmə , davamiyyət uçotu , düzgün və oxunaqlı şəkildə yazılması, cədvəl üzrə keçirilən dərs saatlarının mövzuları həmin tarixdə jurnalda öz əksini tapmalıdır.Məktəbin direktoru Lamiyə Quliyeva tərəfindən aşkar olunan səhvlərə görə bir qrup müəllimə yazılı xəbərdarlıq edildi.