"Qədim türk diyarı-Naxçıvan" adlı intelektual yarış
"Naxçıvan aylığı" tədbirlər planına əsasən məktəbdə mütamadi olaraq məlumatlar , dəyirmi masalar, diskusiya mövzusunda mühazirələr və yarışlar təşkil olunur. Belə yarışlardan birini də məktəbin kitabxana müdiri Mirzəhra Bayramovanın yuxarı sinif şagirdlərinin iştirakı ilə təşkil etdiyi "Qədim türk diyarı-Naxçıvan" adlı intellektual yarışı idi. Yarış 4 mərhələdə keçirildi. 1ci mərhələ "Naxçıvanın tarixi və coğrafiyası", 2-ci mərhələ "Naxçıvanın mədəniyyəti və ədəbiyyatı", 3-cü mərhələ "Naxçıvanın xalqı və günümüz" ,4cü mərhələ isə anaqram mərhələsi idi.Bu mərhələdə Naxçıvana aid sözlər qeyd edilmişdi. Sonda qalib komanda elan edildi və məktəb direktoru Lamiyə Quliyeva tərəfindən diplomlarla təltif olundular.