Sanitar-Gigiyena qaydalarına riayət edirik

Şəxsi gigiyena qaydalarına əməl etmək hər birimiz üçün gündəlik vərdişə çevrilməlidir. Bu qaydaları yerinə yetirmək insanın özü üçün deyil, ətrafındakılar üçün də əhəmiyyətli dərəcədə vacibdir. Çünki gigiyena qaydalarına əməl etməyənlər bəzən yoluxucu xəstəliklərə tutulmaqla başqalarının da həyatını təhlükə qarşısında qoyurlar.

   Müasir dövrdə mövcud şəraitlə əlaqədar əməl etməli olduğumuz qaydalar vardır. Şagirdləri maarifləndirmək məqsədilə məktəbin tibb işçisi siniflərdə "Sanitar- gigiyena rejiminin gözlənilməsi “mövzusunda söhbətlər apardı. O, yoluxucu xəstəliklərlə mübarizə tədbirləri çərçivəsində əməl olunması zəruri olan gigiyena qaydaları barədə məlumat verdi. Daha sonra şagirdlərin gigeyna qaydalarına necə riayət etdikləri yoxlanıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi