İngilis dili fənnindən "Açıq dərs"
13 dekabr 2024-cü il tarixində məktəbin ingilis dili müəllimi Afaq Nəbiyevanın təqdimatında 8a sinfində "Food around the world" mövzusunda “Açıq dərs” keçirilib. Dərsdə məktəbin direktoru Lamiyə Quliyeva ,TTİÜDM Elza Cəfərova və azərbaycan dili - ədəbiyyat müəllimi İlhamə Ağayeva iştirak ediblər. Açıq dərs dünya mətbəxi mövzusu üzrə idi. Bu dərsdə şagirdlər mədəniyyətlərarası anlayışlarını genişləndirmək və müxtəlif ölkələrin yemək mədəniyyəti haqqında məlumatlarını artırdılar.Dərs üç əsas hissədən ibarət idi: girişdə dünya mətbəxlərinin əhəmiyyəti müzakirə edildi, əsas hissədə müxtəlif ölkələrin milli yeməkləri təqdim olundu, yekunda isə şagirdlər qrup işi vasitəsilə öz təəssüratlarını bölüşdülər. Dərsin sonrakı gedişi BİBÖ üsulu ilə davam edib. İngilis dili fənnndən “Açıq dərs”lərin keçirilməsi məktəbimizin əsas məqsədlərindəndir. Bu məqsədlə şagirdlərin xarici dil fənlərinə marağını artırmaq əsas hədəflərdəndir. Sonda dərs dinləyənlər tərəfindən müzakirə olunub, irad və təkliflər bildirilib.