İnklüziv sinfin şagirləri ilə loqopedik - korreksiyon məşğələ keçirildi

İnklüziv təhsilin tətbiqi ilə əlaqədar müxtəlif tarixi dövrlərdə qəbul olunmuş qərarlar, layihələr, pedaqoji təcrübələr araşdırılır, empirik metodların köməyi ilə təhlillər aparılır, onların səciyyəvi xüsusiyyətləri qeyd olunur. “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın əsas istiqamətləri şərh olunur, proqramın məqsədi və gözlənilən nəticələr açıqlanır. Burada, həmçinin Azərbaycanda inklüziv təhsillə bağlı dövlət proqramının icrasına dəstək məqsədilə həyata keçirilən layihələrin məzmunu və sinfin idarə edilməsi zamanı istifadə edilən metodlar nəzəri cəhətdən ümumiləşdirilir. Qeyd edilir ki, inklüziv təhsil sosial birliyi stimullaşdırır, əlilliyi olan uşaqların yaşıdlarından təcrid olunmalarının qarşısını alır, onların intellektual inkişafına, cəmiyyətə inteqrasiyasına və hüquqlarının təmin olunmasına kömək edir. İnklüziv təhsil prosesində müəllimlər şagirdlərin fərdi xüsusiyyətlərini nəzərə almaqla onların intellektual inkişafına səmərəli kömək göstərilməsinə imkan verən pedaqoji metodikaları, strategiyaları mənimsəyirlər. 2024-2025  tədris ilindən məktəb " İnklüziv təhsil " layihəsinin tədbiqinə başlayıb. Məktəbin korreksion pedaqoqu Nərmin Ənsari tərəfindən xüsusi qayğıya ehtiyacı olan şagirdlər ilə mütamadi olaraq loqopedik-korreksiyon məşğələlər keçirdir. Keçirilən məşğələlərin məqsədi  şagirdlərin lüğət ehtiyatının artırılması , məktəbə adaptasiyası və qarşılıqlı ünsiyyətə cəlb etdilməsidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi