Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş "Zamansız insan" adlı tədbir keçirildi
Müasir Azərbaycanın memarı və qurucusu ümummili lider Heydər Əliyevin anım gününə həsr edilmiş "Zamansız insan" adlı tədbiri keçirildi. Azərbaycan xalqının görkəmli siyasi xadimi Heydər Əliyev dərin ehtiramla yad edildi. Tədbirdə çıxış edən məktəbin direktoru Lamiyə Quliyeva bildirdi ki, Ümummilli liderimiz Heydər Əliyev həmişə xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına, milli mədəniyyətimizin inkişafına, xalqın adət-ənənələrinin zənginləşdirilməsinə çalışmışdır. Eyni zamanda Ulu Öndər gənclərimizi xalqımızın milli-mənəvi dəyərləri, milli əxlaq prinsipləri əsasında tərbiyə etməyi tövsiyə edirdi: "Biz öz milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, əxlaqi dəyərlərimizi bütün istiqamətlərdə qorumalıyıq, saxlamalıyıq və gənc nəsli əsrlər boyu böyük sınaqlardan keçmiş bu mənəvi, əxlaqi dəyərlər ruhunda tərbiyələndirməliyik". Sonra çıxış edən məktəbin biologiya müəllimi Xaqani Alməmmədov və azərbaycan dili-ədəbiyyat müəllimi Vəsxanım Əmirbəyova Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə ölkəmizə və xalqımıza göstərdiyi misilsiz xidmətlərdən , Heydər Əliyevin bütün dövrlərdə xalqın dəstəyini hiss edərək Azərbaycanı inamla irəli apardığından, Sovet dönəmində və müstəqillik dövründə Azərbaycan üçün, xalqımız üçün ən həlledici anlarda onun müdrikliyi, düşünülmüş siyasəti və cəsarətli addımları haqqında çıxışlarında bildirdilər. Sonda şagirdlər Ulu Öndərə həsr edilmiş şeirlər söylədilər, mahnılar oxudular , onun aforizmə çevrilmiş kəlamlarını səsləndirdilər.