Ümummilli lider Heydər Əliyevin məzarı ziyarət edildi
İstedadlı insanlar, böyük şəxsiyyətlər üçün zaman və məkan məhdudiyyəti yoxdur. Onlar heç bir zaman və məkana sığmırlar. Bu, əsrlərin sınağından çıxan və öz təsdiqini tapan bir fikirdir. Zaman onu da sübut edir ki, dünyanın tarixi böyük şəxsiyyətlərin tərcümeyi-halıdır. Heydər Əliyevin tərcümeyi-halı isə Azərbaycan tarixidir. Çünki onun hakimiyyətdə olduğu illərdə Azərbaycana bəxş etdiklərini tarix boyunca heç bir hakimiyyət sahibi etməyib. O, Azərbaycan salnaməsində təkrarolunmaz rəhbər, qüdrətli dövlət başçısı, fədakar insan kimi qalıb. Çünki o, Azərbaycanı dünyaya tanıdıb, dünyanı Azərbaycana gətirib. O, Azərbaycanı qorumaq üçün yaşayıb, Azərbaycanı yaşatmaq üçün qurub-yaradıb. Heydər Əliyevin parlaq dühası onu Azərbaycan xalqının Ümummilli Liderinə, üstəlik dünya siyasətinin nəhənglərindən birinə çevirib. Odur ki, Azərbaycan xalqı bu böyük övladı ilə haqlı olaraq da öyünür , onun xatiresini həmişə əziz tutur. Məktəb rəhbərliyi başda olmaqla Ümummilli lider Heydər Əliyevin məzarı ziyarət edildi .