Kiçik akademiyanın "Dünyanı və ölkəmizi əhatə edən qlobal ekoloji problem" haqqında təqdimat

Hazırda iqlim dəyişikləri dünyanı narahat edən qlobal problemlərdən biridir. Xüsusən , XX əsrin ortalarından sonra Yer kürəsinin iqlim sisteminə çox böyük mənfi təsirlər göstərilmiş , digər atmosfer tullantıları ilə yanaşı , istixana effekti yaradan qazların qlobal miqyasda sürətli artımı baş vermişdir. Azərbaycan da qlobal iqlim dəyişmələrinin təsirindən kənarda qalmamışdır. Məktəbdə mütamadi olaraq qlobal iqlim dəyişiklikləri ilə mübarizəyə dair söhbətlər,dəyirmi masalar,təqdimatlar keçirilir. Məktəbin XI sinif şagirdlərinin iştirakı ilə  Kiçik akademiyanın  "Dünyanı və ölkəmizi əhatə edən qlobal ekoloji problem" mövzusunda təqdimat keçirildi .  Şagirdlər ekoloji problemlər haqqında danışdılar .Əsas problemlərdən biri də tullantıların olduğu xüsusi ilə vurğulandı. Şagirdlər tullantıların çeşidlənməsini səhnələşdirdilər .

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi