Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş silsilə tədbirlər

Xalqımız 12 dekabrı Ulu öndər Heydər Əliyevin anım günü kimi böyük el məhəbbəti, minnətdarlıq hissi ilə qeyd edir. Tarixə öz adını əbədi həkk etmiş nadir şəxsiyyətin, qüdrətli siyasi xadimin həyat və fəaliyyəti hər bir Azərbaycan vətəndaşının qürur mənbəyinə çevrilmişdir. Hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynamışlar. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür.

      Məktəbdə dekabr ayı ərzində ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş silsilə tədbirlər keçirilmişdir. 9 dekabr 2024-cü il tarixində referat yazi müsabiqəsi , inşa müsabiqəsi , kitab sərgisi və divar qəzetləri nümayiş etdirilmişdir. Məktəbin VII - X sinif  şagirdləri arasında “Heydər Əliyev və Azərbaycan tarixi” adlı referat-yazı müsabiqəsi həyata keçirilmişdir.
 Müsabiqənin keçirilməsində məqsəd xalqımızın Ümummilli lideri, böyük tarixi şəxsiyyət Heydər Əliyevin tariximizdə, həmçinin müasir Azərbaycanın formalaşmasındakı fəaliyyətinin şagirdlər tərəfindən daha dərindən öyrənilməsinə töhfə verilməsidir. " Zamansız insan " adlı inşa müsabiqəsi keçirilmişdir. Müsabiqədə V-XI sinif şagirdləri iştirak etdilər.  Daha sonra şagirdlər Ulu Öndər Heydər Əliyevin anım gününə  həsr edilən kitab sərgisində iştirak etdilər  və  sərgi əsnasında anım gününə həsr olunan divar qəzetləri nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi