"Sehirli yarpaqlar" adlı sərgi
Biz təbiətin kiçik bir parçasıyıq. Bizim yaşayışımız da, sağlamlığımız da onunla bağlıdır. Təbiətin ayrıimaz hissələrindən biri meşələrdir. Almanlar meşələrə çox mənalı və müasir səslənən bir ad veriblər: «Yaşıl ciyər». Yaşıllıq insana çörək qədər lazımdır. Yaşıllıqsız, meşələrsiz təkcə insanlar deyil, başqa canlılar da yaşaya bilməz. Meşələr bizim məişətimizin bir hissəsidir. 2 dekabr 2024-cü il tarixində məktəbimizdə "Yaşıl dünya naminə həmrəy olaq" mövzusuna aid silsilə tədbirlərdən biri de əlavə olundu. Belə ki, ibtidai siniflər arasında" Sehirli yarpaqlar " başlıqlı sərgi keçirildi. Sərgidə şagirdlərin əl işləri nümayiş etdirildi. Uşaqlara agacların, yaşıllığın insan orqanizminə xeyri, təbiətin ağaclarsız məhv olacagı fikri aşılandi