"Ana dilinin sağlığını qoruyaq" adlı diskussiya
2 Dekabr 2024-cü il tarixində Fəaliyyət Planına uyğun olaraq 9-cu sinfin rəhbəri Vesxanım Əmirbəyova və UBTR Günel Cəbrayılova təşəbbüsü ilə "Ana dilinin sağlığını qoruyaq"adlı diskussiya təşkil olundu.Tədbiri giriş sözü ilə açan Vəsxanım müəllim ana dilimizin tarixindən,zənginliyindən söz açdı.Qeyd etdi ki, Ana dilimizə bu gün dövlət qayğısı hiss olunmaqdadır.Lakin təəssüflər olsun ki,bəzi insanlar Ana dilimizə laqeyd münasibət göstərir,başqa dildə danışmaği fəxr hesab edirlər.Bu mövzu ilə əlaqədar diskussiya oldu.Sagirdlər öz fikirlərini bildirdilər.Sonda Ana dilimizin zənginliyini əks etdirən,söz ehtiyatının inkisafını sınaqdan keçirən "Varvarizmlərə yox deyək!","Körpü adlı oyunlar keçirildi.